• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 12.02.2021 19:43

UNICEF və Qırmızı Xaç Komitəsinin nümayəndələri Gəncə və Tərtərdə olub

KepezTV Player

Bu gün Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri Təhsil naziri Emin Əmrullayev və şəhər rəhbərliyi ilə birlikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət edib. Xarici tərəfdaşlar dağıldımış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar. Bu ərazilərdə təhsil alan şagirdlərlə görüşüblər. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.