• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 12.02.2021 15:41

"Peyvəndlə bağlı şübhəli fikirlərə inanmayın"

KepezTV Player

Peyvəndlə bağlı skeptik yanaşmalar yalnız yaşlılar arasında deyil, gənclər arasında da var. Lakin onu demək lazımdır ki, ilk növbədə etibarlı mənbələrdən məlumat alaraq ona güvənmək lazımdır. Bunu deyən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, əgər peyvənd insanları 70-90 faiz ölümdən qoruyursa, bu, özü peyvəndlə bağlı şübhəli düşüncələrin olmamasına əsas yaradır. "Heç kəs bizə xəstəliyi yüngül keçirəcəyimizə təminat vermir. Buna görə də hər kəs risk qrupuna aiddir", - deyə mütəxəssis vurğulayıb.