• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 12.02.2021 12:06

Azərbaycanın baş konsulu ermənipərəst konqresmenlərə cavab verib

KepezTV Player

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif və Cəki Spierin bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab verib. “Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər” başlıqlı məqalədə baş konsul Azərbaycanla ABŞ-ın sıx tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edir. Yalnız öz etnik maraqlarını güdən, Azərbaycanla Ermənistan arasında sülhə daim mane olmağa çalışan radikal erməni lobbisinin ABŞ xarici siyasətinə təsir göstərmək cəhdlərinin qətiyyətlə rədd edilməsinin zəruriliyini vurğulayır. Baş konsul hazırda Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığına və bunun davamlı sülh üçün vacib olduğuna diqqət çəkir. Bildirir ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.