• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 12.02.2021 11:58

Azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun qurulması müzakirə edilib

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilib. Azad olunmuş ərazilərdə həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən telekommunikasiya və poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir və avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası barədə məlumatlar verilib.