• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 12.02.2021 09:35

435 ictimai iaşə obyektində 706 monitorinq keçirilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 435 ictimai iaşə obyektində 706 monitorinq keçirib. 55 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri arasında qərb zonası üzrə Gəncədə 4, Tovuz və Qazaxda 1 obyekt olub - kafe, dönər və çay evləri qaydalara uyğun olmadan fəaliyyət göstərib.