• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 11.02.2021 19:44

Böyük qayıdışa hazırlaşan soydaşlarımız

KepezTV Player

Vətən müharibəsində tarixi qələbədən sonra yurd-yuvalrından didərgin düşən soydaşlarımız dədə-baba torpaqlarına qayıtmaqda səbirsizlənir. Bir müddətdir ki, həmin şəxslərin siyahıya alınması da aparılır. Proses Göygöldə də davam edir.

Laçın rayonun Şam kənd sakini Rövşən Qasımov digər həmyerliləri kimi Göygöl rayonun Murovdağ qəsəbəsində məskunlaşıb. Doğma el-obasından didərgin düşdüyü bu illər ərzində doğma yurd yeri yuxularında, xəyallarında yaşayıb. Ailəsini el şənliklərində ifaçılıq etməklə dolandıran Rövşən Qasımov indən sonra avazının Laçından gələcəyi günü gözləyir.

Kəlbəcər rayonunun Nadirxanlı kənd sakini Akif Həsənovu da 30 ilə yaxın müddətdə yurd həsrəti, torpaq niskili rahat buraxmayıb. İndi o da öz elinə qayıtmağın astanasındadır. Artıq onun da ailə üzvləri siyahıya alınanlardandır.

Akif Həsənov - Kəlbəcər rayon sakini: Allah prezidentimizin canını sağ eləsin, ordumuza kömək olsun. Ölənlərə rəhmət eləsin. Canla başla qayıtmağa hazırıq. Söz vermişik ki, sürünə-sürnə gedək.

Fuad Hacıyev - QMKİDK-nın Gəncə şəhər sektorunun baş məsləhətçisi: Siyahı şəklində ailələrdə olunur. Onların ailə üzvlərinin həddi-buluğa çatanların hamısının fikri öyrənilir. Qayıdarkən nə işlə məşğul olmaq qeydiyyatı aparılır. Ordakı həyatlarının necə davam olunması haqqında fikirlər öyrənilib komissiyaya təqdim olunur ki, gələcəkdə onlar üçün hazırlıq işləri görülə bilinsin.

1988-ci ildə erməni təcavüzü nəticəsində qədim Azərbaycan torpağı olan Göyçə mahalının Nərimanlı kəndindən Azərbaycana pənah gətirənlər də Qarabağda yaşamağın arzusundadırlar. 950-ə yaxın ailə bununla bağlı dövlət başçısına da müraciət ediblər.

Razim Hacıyev - Göyçə mahalının Nərimanlı kənd sakini: Bizim arzumuz mqəsədimiz bundan ibarətdir ki, dağınıq halda yaşıyanlar kampakt halında yaşıyaq. Adət-ənənəmizi yaşadaq. Hətta Rusiyada olan Nərimanlılar da geri qayıtmaq istəyir. Bizim bütün ixtisaslı kadrlarımız var. 400-ə yaxın həkimiz, 300 çox müəllimiz, onlarla tibb üzrə akademikimiz, professorumuz var. Bizim kənd Göyçənin akademiyası adlanır. Ona görə də istəyirik ki, gedib o akademiyanı davam etdirək. Hadrud qəsəbəsində yaşıyıb sübüt edəcəyik ki, biz qalib xalqıq. Qərbi Azərbaycana Qayıdış Birliyi onlarda imzalar toplayır. Bütün Qərbi Azərbaycanlılar Dağlıq Qarabağda yerləşmək üçün xahiş edirlər.

Elməddin Musyev - Göyçə mahalının Nərimanlı kənd sakini: Cənab Prezidentimizin də çağırışına qoşulmuşuq, müraciət etmişik. İstiyirəm ki, mən də elimlə, obamla öz qədim ata-baba yurduma yaxın bir yerdə, ona bir addım da yaxın olan yerdə Hadrud qəsəbəsində məskunlaşaq.

Azad Qəribov - Göyçə mahalının Nərimanlı kənd sakini: Prezidentimizdən xahiş edirik ki, Nərimanlı kəndi bir kampakt şəkilində olaraq Hadrud qəsəbəsində bizə yer versinlər. Biz istəyirik ki, Nərimanlı kəndi bir yerdə kampakt şəkilində yaşıyaq.

Bu gün yurd yuvalarından didərgin düşənlərin tək arzusu tezliklə Qarabağa qayıtmaqdır. Güclü ölkənin qalib vətəndaşları kimi.

Elnur Vahidoğlu