KepezTV Player
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edib. Mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara rast gəlinir. Nazirlik bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməməyə çağırır, bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır.
- Baxış: 348