Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilib. Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər. Müdafiə naziri Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyiblər.
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla Qarsda keçirilən birgə təlimləri izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər. Türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Zakir Həsənovla bölüşüb. Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. Hərbi marş bitdikdən sonra Hulusi Akar və Zakir Həsənov birlikdə “Allah türk ordusunu qorusun!” deyiblər.
- Baxış: 264