• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 11.02.2021 12:12

Zəncirvari qəza: xəsarət alanlar var

KepezTV Player

Bakının Səbail rayonunda beş avtomobilin toqquşması nəticəsində zəncirvari qəza meyadana gəlib. Səməd Vurğun və Üzeyr Hacıbəyov küçələrinin kəsişməsində "VAZ 2115" markalı maşın "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" "Jeep"ə, daha sonra "Kraysler" və "Hyundai"a dəyib. Qəza nəticəsində 20 yaşlı Mehbalıyev Kənan Ramiz oğlu və 37 yaşlı Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Mehbalıyevin müalicəsi Reanimasiya şöbəsində aparılır. Şahidlərin sözlərinə görə, qəzaya "VAZ 2115" markalı avtomobilin yol ayrıcını qırmızı işıqda keçməsi səbəb olub. Faktın araşdırılmasına başlanılıb.