Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində 4426,8 mln manat vəsait ayrılıb.<br>Azərbaycanın 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatında qeyd olunub ki, bu da 2019-cu illə müqayisədə 36,1 faiz çoxdur. Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait xərclənib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib. Ölkəmizdə COVİD-19-la mübarizəyə ötən il sərf olunan vəsaitin məbləği isə 1 milyard 985,6 milyon manat olub.
- Baxış: 371