• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 10.02.2021 19:44

Bərdə rayon məhkəməsinin və AQTA-nın vəzifəli şəxsi həbs edilib

KepezTV Player

Korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Bərdə Rayon Məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışov barəsində cinayət işi başlanıb. Alışovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə onun bir qrup rayon sakininin məhkəmə baxışı zamanı azadlığa buraxılacağı ilə bağlı yalan vədlər verərək təqsirləndirilən şəxslərin qohumlarından 24 min manat məbləğində pul vəsaitini almasına, məhkəmənin hökmü ilə sözügedən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra isə onların cəzalarının bir hissəsini çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacağı barədə vəd verməklə vətəndaşlardan əlavə olaraq 10 min manat məbləğində pul vəsaitini almasına, ümumilikdə 34 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb. Məhkəmənin qərarı ilə Elcan Alışovun barəsində həbs qətimkan tədbiri seçilib. Bərdə Rayon Prokurorluğunun digər məlumatında isə Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Rauf Həsənovun qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlandığı bildirilib. Rauf Həsənovun Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.