• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 10.02.2021 12:24

Artilleriya bölmələrində döyüş hazırlığı

KepezTV Player

Azərbaycanın hərb tarixinə nəzər salsaq əminliklə deyə bilərik ki, artilleriya bölmələri orduda hər zaman önəmli yer tutub. Ölkəmizin müasir ordu quruculuğunda bu sahənin inkişafı, hərbçilərin nəzəri-praktik biliklərinin artırılması və silahlanmaya ən müasir qurğuların cəlb edilməsi la özünü bir daha Vətən müharibəsində göstərdi. Qazanılan qələbədə əsas pay sahiblərindən biri də məhz elə artilleriya bölmələri olub. Bu gün də şəxsi heyətin bilik və bacarıqları artırılmaqdadır. Əməkdaşımız Natiq Hüseyn artilleriya bölmələrinin döyüş hazırlığı təlimlərini izləyib. İndi biz də şahidlik edəcəyik.

İkinci Qarabağ Müharibəsində Artilleriya bölmərlərinin xüsusi yeri və tapşırığı vardır. Onlar bu şəkildə döyüşlərə qatılaraq düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdi.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinində izlədiyi növbəti təlimlər maraqlı görüntülərlə yadda qalıb. Şəxsi heyət həyəcan siqnalı ilə ayağa qaldırıldıqdan sonra müxtəlif təyinatlı özüyeriyən artilleriya qurğuları və zirehli texnikalar döyüşə hazır vəziyyətə gətirilib.

Daimi dislokasiya yerlərindən verilən həyacan siqnalından sonra ordumuz bu şəkildə ön cəbhəyə döyüş meydanına yollanıb.

Vətən Müharibəsinin ilk günü məhz bu texnikalardan istifadə etməklə düşmənin 500-ə qədər hədəfi məhv edilib. Təlimlər şəxsi heyət tərəfindən qarşıya qoyulan məqsədlərin nə qədər dəqiqliklə yerinə yetirildiyini bir daha sübut edir.

Pərviz İbrahimov - Raket və Artilleriya Qoşunlarının zabiti: Şəxsi heyət hazırda çöl dərsləri məşğuldur. Mənəvi psixoloji hazırlıq yüksək səviyyədədir. Azərbaycan ordusu qələbə əzmi ilə yaşayır.

Şuşa şəhərinin işğaldan azad olunması, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib. Əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlubiyyəti qaçılmaz edib.

Vüqar Məlikov – zabit: Vətən müharibəsinin gedişində düşmənin dərinlikdə yerləşən dislokasiya məntəqələrini və cəmləşmə rayonlarını texnikalarımızın dəqiq atəşləri ilə məhv edilib.

Düşmən üzərində qazanılan qələbədə bu ağır artilleriyaların böyük rolu olub. Hansı ki, bu texnikalardan Azərbaycan əsgəri, Azərbaycan hərbiçiləri məhraətlə istifadə edib. Bu gün keçirilən təlim prosesində də bir daha nümayiş olundu ki Azərbaycan əsgəri güclüdür, qüdrətlidir.

Hazırda istər daimi dislokasiya məntəqələrində və istərsə də işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusu tərəfindən döyüş hazırlıqları davam edir. Qoşunlar yüksək texnoloji silahları mənimsəyir və həmin silahlar şəxsi heyətə praktiki şəkildə öyrədilir.

Hünər Məmmədov – gizir: Məndə bir hərbi qulluqçu kimi döyüşlərdə Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının alınmasında iştirak edərək düşmənin 7 tankını, 1 piyada maşınını, 1 sursat dolu avtomobilini məhv etmişəm.

Şamxal Səlimov – zabit: Məqsəd döyüşdə əldə etdiyimiz uğurlarımızı daha tez və avtomotlaşdırlmış idarə sistemi ilə dəqiq vaxtında yerinə yetirməkdir.

Ordumuz döyüş hazırlığına uyğun olaraq səhra vərdişlərinin daha da mükəmməl mənimsənilməsi istiqamətində səylə çalışırılar. Peşəkar zabit heyyəti bu işdə gənc kadrlara yardımçı olurlar.

Camal Piriyev – gizir: Gördüyüzün DANA N-1 silahı düşmənin çoxlu sayda canlı qüvvəsini atəş vasitələrini düşmənin ağır artilleriya silahlarını məhv edib.

Şəxsi heyətin vaxtında və keyfiyyətli qidalanması da vacib məsələlərdən biridir. Bölüyün yeməkxanası bu mənada hər bir imkana malikdir. Əsgər və zabitlər gün ərzində üç dəfə yüksək keyfiyyətli yeməklərlə qidalanır. Təlim zamanı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də əsgərlə birgə nahar ediblər. İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan bu əsgərlər də qələbə sevincini bizimlə bölüşüblər.

Anar Məmmədov - əsgər: Şükür Allaha hər şey yaxşıdır. Yatmağımız yeməyimiz yüksək səviyyədədir. Özüm də Qarabağ döyüşlərində iştirak etdim. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd. Min şükür hər şey yaxşıdır.

Ziyad Xəlilov - əsgər:  Nəinki bu gün, hər günümüz belədir. İstər yataqxana, istər yeməkxanamız yaxşıdır. Bir sözlə döyüşlərdən sonra əhval ruhiyyəmiz çox yüksəkdir.

Şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsi istiqamətində təlimlər bundan sonrada davam etdiriləcək.

 

Natiq Hüseyn