• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 10.02.2021 11:14

Zəngilan rayonunun Vənədli kəndindən videogörüntülər

KepezTV Player

Zəngilan rayonunun Vənədli kəndi - yəni Vənənddən gələnlərin saldığı yaşayış məntəqəsi. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salıblar, sonralar isə indi kadrlarını gördüyünüz əraziyə köçüblər. İndi daşı daş üstdə qalmayan kənddə 1993-cü ilə, yəni işğala qədər orta məktəb, uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olub. Vənədli 2020-ci il 23 oktyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.