KepezTV Player
Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir. Yeni tədris ilində Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqlar ölkə hüdudları çərçivəsində, xüsusilə də azad edilmiş ərazilərdə real təhdid və risklərin qarşısının alınmasının təmin olunmasına yönəldilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılır. Şəxsi heyətə nəzəri və praktiki dərslər keçirilir, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət göstərilir.
- Baxış: 424