• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 09.02.2021 20:18

Gənclərin mərkəz şəhəri tədbirlərin icrasına hazırlaşır

KepezTV Player

Bu il ölkə gənclərinin mərkəz şəhəri Göygöldür. İl ərzində keçiriləcək tədbirlər “Gənclər paytaxtı”nda ictimai həyatı daha rəngarəng edəcək. 30-a yaxın layihənin reallaşdırılması region və ölkə gəncləri üçün yeni imkanlar deməkdir.

Gənclər paytaxtı nominasiyası Azərbaycan Gəncliyi Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən təsis edilib. Hər il fevralın 2-də müxtəlif şəhərlərdən olan nümayəndələr səsvermə yolu ilə ölkə gəncliyinin paytaxtını müəyyənləşdirir. Məqsəd həmin şəhərin ictimai aktivliyini artırmaq, şəhəri tanıtmaq, gənclərin gələcəkdə öz mövqelərini tapması üçün stimul yaratmaqdır. Göygölün "Gənclər paytaxtı" seçilməsi üçün kifayət qədər zəmin olub.

Zaur Abbasov - Gənclər və İdman İdarəsinin rəisi: Bu zəminlərdən biri də Göygöldə uzun müddətdir Gənclər mərkəzinin fəaliyyət göstərməsi, Heydər Əliyev mərkəzinin, Olimpiya komplekainin, Stadionumuzun, Uşaq əyləncə parkının, Yaşıl Teatrının olmasıdır ki, bu da gənclərin sərbəst toplaşmağına şərait yaradır. Orada yaradıcılıq qabiliyyətlərini, asudə vaxtlarının səmərəli istifadəsini potensiallarını üzə çıxarılmasına şərait yaradır. Bizdə o şərait olduğuna görə biz öz namizədliyimizi irəli sürdük və seçildik. İnnən beləki tədbirlər planında da rayonumuzunun gənclərinin ictimai aktivliyini artıracağıq. Onlara stimullar verəcəyik. Onlarda öz liderlik bacarıqlarını ictimai siyasi öz rollarını tapmağa kömək olacaqdır.

Ötən il Göygöldə gənclərlər bağlı 45 tədbir reallaşıb ki, bunun da 33 pandemiya ilə əlaqədar olaraq onlayn keçirilib. Bu il isə Gənclər paytaxtı ili çərçivəsində əsasən intelektual bilik yarışlarının, yaradıcılıq müsabiqələrinin, vətənpərvərlik mövzusunda təbirlərin, eləcə də Respublika əhəmiyyətli layihələrin reallaşdırılması nəzərdə tutulur.

Zaur Abbasov - Gənclər və İdman İdarəsinin rəisi: İlkin olaraq veminarlar seminarlar təşkil edib gənclərin ictimai bir toplantı mərkəzini yaratmaqdır. Əgər pandemiya götürülərsə canlı tədbirlərimiz planlaşdırılır. Onlara aiddir təlimlər, düşərgələr, seminarlar, yaradıcılıq müsabiqələri, region gənclərinin əməkdaşlığı burada onların toplanması və təlim keçməsi istirahətlərinin səmərəli təşkilidir.

"Gənclər paytaxtı"nın 18 minə yaxın gənci də il ərzində keçiriləcək tədbirlərdə, layihələrdə fəal iştirak edərək rayonlarının adını daha da ucaltmaq niyyətindədirlər.

Şəfa Teymurova - gənc: Göygöldə iki ilə yaxındır ki, könüllülük fəaliyyətim var. Bu il Göygölün Gənclər Paytaxtı seçilməsindən çox qürur duyuruq. Bu da bizim könüllük fəaliyyətimizin davam etdirilməsinə həm də gələcək illərdə bizə daha da stimul olacaqdır. Əminəm ki, mərkəzimizlə birlikdə daha böyük nailiyyətlərimiz olacaqdır.

Gülşən Alcunova - gənc: Biz öz gələcək fəaliyyətlərimizdə bunu paytaxt seçilməsini qiymətləndirəcəyik. Gənclər paytaxtı seçilməsi bizim ən vacib və ən böyük arzularımızdan biri idi. Bunun üçün əlimizdən gələni edəcəyik, fərqlənəcəyik. Bununlada qürur duyuruq.

Göygöldə artıq 2 ilə yaxındır fəaliyyət göstərən karyera inkişaf mərkəzi də bu illər ərzində könüllülük fəaliyyəti proqramında geniş layihələr həyata keçirib. Rayonun Gənclər və İdman idarəsi ilə sıx əməkdaşlıq edən mərkəzin könüllüləri Gənclər paytaxtı ili çərçivəsində də öz təcrübələri ilə uğurlu layihələr reallaşdırmaqğı düşünürlər. Ümumilikdə rayon gəncləri ötən il 20 Respublika əhəmiyyətli müsabiqədə iştirak edərək fəxri fərman və diplomlar alıblar.

 

Elnur Vahidoğlu