• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 09.02.2021 15:46

Zərər çəkən sahibkarlara veriləcək kreditlərin həcmi açıqlanıb

KepezTV Player

Sahibkarlığın İnkişafı Fondu 2021-ci il üzrə strateji hədəflərini hazırlayıb. Cari ildə sahibkarlara 130 mln. manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Bununla yanaşı, pandemiyadan zərərçəkən iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 mln. manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 mln. manat məbləğində dövlət zəmanətinin və 58 mln. manat faiz subsidiyasının verilməsi proqnozlaşdırılır.