KepezTV Player
Zərdab Rayon Polis Şöbəsinə Cəmaləddin Xammədovun üzərində silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs dərhal Zərdab-Ağcabədi yolunda saxlanılıb. Əlindəki torbaya baxış zamanı döyüş sursatı olan 157 patron aşkarlanıb. Xammədov Beyləqan rayonu ərazisində 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdırdığını deyib. Baxış zamanı həmin yerdən 1 ədəd avtomat silahı, sandıqça və əlavə 30 patron aşkarlanıb. İstintaq davam etdirilir.
- Baxış: 423