• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 09.02.2021 12:15

Baş Prokurorluq indiyədən minaya düşənlərin sayını açıqlayıb

KepezTV Player

Noyabrın 10-dan indiyədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş prokurorluq vətəndaşlara müraciət edib - dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək. Baş Prokurorluq bununla bağlı maarifləndirici videoçarx da hazırlayıb. Daxili İşlər Nazirliyi də işğaldan azad edilən ərazilərə qanunsuz səfər edən şəxslərə növbəti dəfə xəbərdarlıq edib.