KepezTV Player
Tovuz rayonu ərazisində qanlı olay yaşanıb. 37 yaşlı İlqar Məmmədovun üzərində xəsarət izləri olan meyiti rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 31 yaşlı Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.İstintaq tədbirləri davam etdirilir.
- Baxış: 440