• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 06.02.2021 16:11

Qanunsuz ov edənlər saxlanılıblar

KepezTV Player

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.