• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 06.02.2021 11:17

Vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq

KepezTV Player

Vaksinasiya hesabına insanların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması planlaşdırılır. TƏBİB-in Elm Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib ki, bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu isə o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb.

"Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər", - deyən Qurbanov əlavə edib ki, hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq.

COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,