Gəncədə azyaşlıya qarşı soyğunçuluq törədilib. Soyğunçu Bakıya qaçarkən yolda tutulub. Onun üzərindən heroin də tapılıb.
Əvvəllər dəfələrlə məhkum olunan Əliağa Adıgözəlov paytaxta getmək istəsə də polis əməkdaşları onu yarı yoldan geri qaytarıb. O, Gəncə sakini olan azyaşlının mobil telefonu danışmaq adı ilə əlindən alaraq ərazidən qaçaraq uzaqlaşıb.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Əliağa Adıgözəlov saxlanılaraq polis idarəsinə gətirilib və üzərinə baxış keçirilən zaman 1.42 qram çəkitə narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs illərdir narkotik istifadəçisi olduğunu etiraf edib. O törətdiyi cinayət hadisəsini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib.
Əliağa Adıgözəlov saxlanılan şəxs: Yasəmən tərəfdən bir azyaşlı uşaq gedirdi. Dedim telefonu ver danışım. Mən də götürüb qaçdım. Uşaq dedi dayan eləcə də qaçdım.
Saxlanılan şəxsin analoji cinayətlərdə əlinin olub-olmadığı istintaq yolu ilə araşdırılır.
Natiq Hüseyn
- Baxış: 924