• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 05.02.2021 18:28

Suqovuşan və Talışa qanunsuz daxil olan şəxslərə cinayət işi açıldı

KepezTV Player

Füzulidə olduğu kimi Tərtərdə də rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da, rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə Bəxtiyar Mahmudov, Orxan Məmmədov və Dağıstan Şahvələdov barəsində protokol tərtib edilərək Tərtər Rayon Məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Şəhriyar Mahmudov barəsində isə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.