• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 05.02.2021 15:59

Azyaşlı nəzarətsiz qaldı, ev külə döndü

KepezTV Player

Tovuzda yanğın olub. Hadisə rayonun Xatınlı kəndində İsrafil Mustafayevə məxsus fərdi evdə qeydə alınıb. İlkin məlumata görə, nəzarətsiz qalan azyaşlı birinci mərtəbədə olan quru otu yandırıb. Nəticədə yanğın baş verib. Hadisə zamanı 130 kv.metr olan 2 mərtəbəli ev yanaraq külə dönüb. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin Tovuz rayon şöbəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evdə qalan qadın və dörd uşaq təxliyyə edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.