KepezTV Player
Azad edilmiş torpaqların minalardan təmizlənməsi birinci dərəcəli vəzifədir
Prezident İlham Əliyev Vüqar Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Süleymanovu videoformatda qəbul edən dövlət başçısı vurğulayıb ki,azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Minatəmizləmə işləri elə aparılmalıdır ki, başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.
- Baxış: 281