Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş bu il keçiriləcək Avropa çempionatındakı hədəfləri barədə danışarkən AVRO-2020-də iz qoymaq istədiklərini vurğulayıb. O, komandanın dəyərini yüksəltmək istədiklərini, əsas məqsədin Türkiyəni layiqincə təmsil etmək olduğunu bildirib. "Məsuliyyət çoxdur. Komandamızdan qürur duyacağımız oyun və nəticələr gözləyirik. Bu cür turnirlər ölkəni tanıtmaq üçün ən yaxşı səhnədir. Bundan maksimum yararlanmaq lazımdır" - deyə təcrübəli mütəxəssis qeyd edib. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu ilin 11 iyun - 11 iyul tarixlərinə təxirə salınıb. Yarışın 12 ev sahibindən biri olacaq Bakıda Türkiyə millisinin Uels və İsveçrə ilə oyunları keçiriləcək.
- Baxış: 890