• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 03.02.2021 16:05

Azərbaycan küçəsinin açılışı olub

Türkiyənin İstanbul şəhərininin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonunda Azərbaycan küçəsinin açılış mərasimi keçirilib. Sarıyer rayonundakı Cendere küçəsinin adı ötən il iyunun 13-də Azərbaycan Baş Konsulluğunun təşəbbüsü və Sarıyer rayon Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə dəyişdirilərək Azərbaycan olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və abidəsinin ucaldıldığı park da məhz Sarıyer rayon bələdiyyəsinin ərazisində yerləşir. Ulu öndərin doğum və vəfat tarixləri Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer rayon bələdiyyəsinin protokol tədbirlərinin təqviminə daxil edilib.