• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 03.02.2021 12:21

Kimlər evdə vaksinasiya oluna bilər?

KepezTV Player

Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər. 2 nömrəli Bakı Şəhər Poliklinikasının həkimi Firuddin Hüseynovun sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə. "Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır.