• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 03.02.2021 11:51

Saatlıda toy məclisi təşkil edənlər cərimələndilər

KepezTV Player

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı karantin rejimi qaydalarının pozulmasının qarşısı alınıb. Belə ki, rayonun Bəylər kənd sakini Bəhlul Ağamirzəyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən olunub. Məclisin təşkilatçısı və iştirak edənlər barələrində inzibati qaydada protokollar tərtib olunaraq cərimələniblər.