• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 03.02.2021 12:08

Şuşaya çəkilən yolun bəzi hissələrində torpaq yatağının inşası yekunlaşdırılıb

KepezTV Player

Füzulidən başlayaraq Şuşaya qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hazırda yolun 0-3, 34-37 və 51-53-ci km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti kilometrlik ərazilərdə bu istiqamətdə işlər davam etdirilir. Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi, həmçinin Füzuli-Şuşa avtomobil yolunu yeni inşa edilən Füzuli hava limanı ilə əlaqələndirmək məqsədi ilə yol qovşağının və giriş yolunun inşası da nəzərdə tutulur. Bundan başqa, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün açdığı və 101 km uzunluğa malik “Zəfər Yolu”nun dövlət başçısının tapşırığına əsasən, genişləndirilərək II texniki dərəcəyə uyğun inşası da davam etdirilir.