• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 03.02.2021 12:15

Prezident videoformatda qəbul keçirib

KepezTV Player

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib. Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayaraq Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Dövlət başçısı yəhudilərin ölkəmizin dəyərli vətəndaşları olduqlarını qeyd edib, digər dini və etnik icmaların nümayəndələri kimi onların da Azərbaycanda əsrlər boyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşadıqlarını vurğulayıb. Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. **Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini də videoformatda qəbul edib.