• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 02.02.2021 12:33

Şuşada məktəb binası üçün münasib yer seçiləcək

KepezTV Player

Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.Müharibə dövründə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən dövlət başçısı Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini vurğulayıb.Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə prezidentə məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.

Prezident İlham Əliyev bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. Məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.