Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq. Məcəlləyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.***
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə dəyişikliklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilmədiyi halda sonrakı vaxtlarda icra edilməyəcək.
Avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları da dəyişir. Sürücü aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə, avtomobilin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda avtoxuliqanlıq etmiş sayılacaq.
- Baxış: 312