• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2532
— 01.02.2021 09:25

Apple istehsal olunmuş smartfonların sayı üzrə yeni rekorda imza atıb

Digər şirkətlər yekun 2020-ci il üzrə gəlir itkilərini hesabladıqları bir vaxtda Apple dünyanın ən bahalı şirkəti adını geri qaytarması ilə yanaşı həmçinin 2021-ci ilin ilk maliyyə rübü üzrə bir sıra fərdi gəlir rekordlarına da imza atıb. Bundan əlavə olaraq International Data Corporation (IDC) adlı tədqiqat şirkətinin məlumatlarına əsasən 2020-ci ilin dördüncü rübündə Apple smartfon satışları üzrə rekorda imza ataraq ən böyük smartfon istehsalçısına çevrilib. IDC-nın məlumatına əsasən 2020-ci ilin dördüncü rübündə Apple 90.1 milyon ədəd smartfon istehsal edib.

Bu isə 2019-cu ilin dördüncü rüb göstəricisindən 22.2% çoxdur. Nəticədə şirkət bazarın 23.4% payına sahib olmaqla ən böyük smartfon istehsalçısına çevrilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Samsung keçən ilin oktyabr ayından dekabr ayına kimi 73.9 milyon smartfon istehsal edib. Bütöv 2020-ci ilin nəticələrinə nəzər yetirdikdə isə görmək olar ki, Samsung bu məsələdə hələ də liderliyini qoruyur. Belə ki, şirkət keçən il ərzində ümumilikdə 266.7 milyon ədəd smartfon istehsal edib. Bu isə smartfon bazarının 20.6%-i deməkdir. İkinci yeri Apple, üçüncü yeri isə Huawei şirkəti tutub.