Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Mehran Hüseynov saxlanılıb. Araşdırmalar zamanı müəyən edilib ki, Hüseynovun əsas hədəfi Sovet istehsallı olan avtomobillər olub. Belə ki, o istintaqa verdiyi ifadəsi zamanı avtomobillərin qapısını dəmir alətlə açdığını içərisində olan bahalı maqnitafon və səs gücləndirici alətləri eləcədə digər ehtiyyat hissələri oğulayıb. Bu minvalla 20-dən çox nəqliyyat vasitəsindən oğurluq edən şəxs növbəti cinayətlərin birində iş başında yaxalanıb. Mehran hüseynovun oğurluq yolla əldə etdiyi qənimətlərin bir qimsi yaşadığı ünvandan aşakarlanaraq maddi sübut kimi tanınıb. Əvvəllərdə məhkumlaq həyatı yaşayan Hüseynov oğurladığı ehtiyyat hissələri satdığını pulunu isə özü üçün xərclədiyini bildirib. Hazırda Mehran Hüseynovun əməlindən zərərçəkənlərin dəqiq sayı müəyənləşdirilir.
Mehran Hüseynov saxlanılan şəxs Yaxınlaşırdım Sovet maşınlarına baxırdım ətrafda heç kim yoxdur. Daxil olurdum içərisinə maqnitafon kalonka götürürdüm. Satırdım pulunuda xərcləyiridm.
Natiq Hüseyn
- Baxış: 484