• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2416
— 31.01.2021 19:25

Gəncədə əl qumbaraları tapılıb

KepezTV Player

Gəncənin Kəpəz rayonu və Gülüstan qəsəbəsi ərazisində əl qumbaralarının tapılması barədə daxil olan məlumat əsasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları əraziyə göndərilib. Əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 və 1 ədəd M-75 əl qumbarası aşkar olunaraq agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.