Qadın və kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışında iştirak edəcək. Hər iki komandanın toplanışı Tokio Yay Olimpiya Oyunlarına hazırlıq planı çərçivəsində baş tutacaq. Hazırlıq prosesləri fevralın 1-də başlayacaq və 11-nə kimi davam edəcək. Qadınlar Ədirnədə Türkiyə və Bolqarıstan, kişilər isə Antalyada Türkiyə cüdoçuları ilə birgə məşq edəcəklər. Toplanışa yığmanın liderləri ilə yanaşı, bəzi gənc idmançılar da qatılacaqlar.
Azərbaycan cüdoçuları 18 - 20 fevralda İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə mübarizə aparacaqlar. Bu turnirdə Rüstəm Orucovla İrina Kindzerska iştirak etməyəcək. Hər iki idmançının kifayət qədər reytinq xalı olduğundan, zədə riskini də nəzərə alan məşqçilər heyəti onların adlarını siyahıdan çıxarıb.
- Baxış: 716