• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 30.01.2021 16:34

"Şagirdin dərsdə əyani iştirakı valideynin səlahiyyətindədir"

KepezTV Player

“Yoluxma dinamikasından asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində fevralın 15-nə qədər məktəblərdə ənənəvi təhsilə qismən də olsa qayıdaq”.Bu dəqiqələrdə facebook üzərindən sualları cavablandıran təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bir qisim valideynlər var ki, bu cür açılışın əleyhinədir.“Əsasən, görürük ki, valideynlər məktəblərin açılmasına daha çox müsbət reaksiya verirlər. Təbii ki, dərslərdə şagirdin əyani iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir. Övladlarının əyani dərslərdə iştirakını istəməyən valideynlər bununla bağlı məktəbə müraciət edə bilərlər” - deyə nazir qeyd edib.