• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 30.01.2021 12:42

118 km-dən çox yol minalardan təmizlənib

KepezTV Player

27-29 yanvarda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Qazax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə müraciətlər daxil olub.Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 ədəd partlamamış hərbi sursat, 59 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı, 4 ədəd bombacıq, 3 942 ədəd müxtəlif çaplı patronlar, 9 ədəd boş vəziyyətdə avtomat darağı və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 291 tikili yoxlanılıb.204 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib.