Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bölmə rəhbəri Ağdam ərazisində minaya düşüb. Erməni silahlı qüvvələrinin basdırdığı piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib. Nəticədə Agentliyinin Təmizləmə Qrupunun Bölmə rəhbəri Elməddin Mirzəyevin sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. O eyni zamanda çoxsaylı qəlpə yarası alıb. Bu arada, işğaldan azad edilən ərazilərdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı 1369 hektar sahə yoxlanılıb, 118 kilometr yol mina və partlamamış hərbi sursatlardan təmizlənib. 291 tikili yoxlanıb. 9 minə yaxın tank və piyada əleykinə mina, 5 minə yaxın partlamamış hərbi sursat və 60 minə yaxın partlamış mərmi və digər hərbi təyinatlı əşyalar aşkarlanıb.
- Baxış: 245