• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 29.01.2021 09:25

Bakıda sürüşmə olub

KepezTV Player

Dünən saat 21:05-də Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Aidiyyəti qurumların nümayəndələri, xilasedicilər əraziyə cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb. Məlum olub ki, sağ yamacda çox böyük bir süxur kütləsi aşağıya doğru sürüşüb və yola keçib. Yolun aşağı sol hissəsindəki restoranın qarşı tərəfində bəzi dağıntılar baş verib. Mütəxəssislər müəyyən ediblər ki, süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ilkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.