• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 28.01.2021 20:39

Aeroport Nizaminin adını daşıya bilər

KepezTV Player

Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixinin möcüzələrindən olan Nizami Gəncəvinin adının verilməsi təklif edilir. Təklifi Milli Məclisin deputatı Naqif Həmzəyev irəli sürüb. Bu “Nizami Gəncəvi İli” çərçivəsində dahi Azərbaycan şairi Nizaminin dünyaya daha geniş təbliğ edilməsinə töhfə olar. Eyni zamanda şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlerin üzərində və uçuş tablolarında Gəncənin və Nizami Gəncəvinin adına uyğun qeydlər olar.