• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 25.01.2021 13:27

Ev heyvanların insan həyatında rolu

KepezTV Player

İnsanın təbiətə və heyvanlara məhəbbəti barədə minlərlə əsər, dastanlar yazılıb, bayatılar qoşulub, sənədli, bədii filmlər çəkilib. Bütün əsər və sujetlərdə məhəbbətin ünvanı olan ev heyvanları əsasən at, it kimi sədaqətli canlılar, göyərşin və bülbül kimi eşq rəmzi quşlar, rahatlıq hüzur verən canlılar kimi isə akvarium balıqları göstərilib. Lakin evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi zərərli cəhətləri var.

Araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Bununla əlaqədar dünya heyvansevər cəmiyyətlərinin açıqladığı statistik məlumatlar çox maraqlıdır. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edirlər. Pişik saxlayanlar isə daha mülayim  olurlar. Akvariumu seyr edən insanın isə arterial təzyiqi və ürək döyüntüləri stabilləşir. psixoloji baxımdan özünü rahat və sakit hiss edir.

Lakin bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi məsələlər, xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin paltarları, təmiz olmalıdır, çünki heyvanlarda natəmizlik halları və onların tükü allergiyaya səbəb ola bilər.

Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl edilməklə ən tezi 2 yaşından sonra icazə verilir, əks halda müəyyən fəsadların yaranması mümkündür. Onların gözündə qaşınma, qızarma, sulanma, selikli qişada ifrazatın gəlməsi halları, qaşınma hissiyyatı, bəzi hallarda öskürməyə və boğulmaya qədər əlamətlər baş verə bilər.

Heyvanların ailə üzvlərini səliqəli olmağa vadar edən misallar da mövcuddur. Məsələn İt dai­ma ayaqqabının dabanını gəmirdiyi ücün ayaqqabını dolaba qoymağa məcbur olursunuz. Pişiyin nahardan sonra kürsüyə atdığınız paltarın üzərində yatdığı üçün onu dolabdan asacaqsınız və s. Bütün bunlara baxmayaraq, ev heyvanı se­vinc, yoxsa artıq yükdür? Prinsip etibarilə, hər şey sizin nöqteyi-nəzərinizdən asılıdır: təbiəti se­vən və onunla vəhdət təşkil etmək istəyən hər bir insan it, pişik və yaxud balıq saxlayaraq, on­lar ilə ünsiyyət qurmaqdan həzz alır. Ev heyvanı saxlayan insanların uzunömürlü olub, nadir hal­larda xəstələnməsi və hər yeni günü sevinc hissi ilə qarşılamaları da danılmazdlr.
Heyvanlar ev şəraitində mehribanlıq ilə rahatlığın xüsusi mikroiqlimini yaratmağa qadirdirlər.