• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1855
— 25.01.2021 15:17

Xanımların avtomovil sevgisi

KepezTV Player

Xanımların cəmiyyətin sosial ictimai işlərinə qarışalı çox zaman oldu. Bu gün qadınlarımızı istənilən iş sferasında uğurlu, öz sözunu demiş bir fərd kimi görmək mümükündür. Bəs niyə xanımların  sükan arxasında əyləşməsinə hələ də birmənalı yanaşmayanlar var. Bəzi kişilərin fikrincə, avtomobil təhlükəsiz idarə etmək yalnız güclü cinsin nümayəndələrinə məxsusdur, qadınların sükan arxasında oturması isə təhlükəlidir. Amma zaman ötdükcə belə iddialarda olanların sayı azalmaqda, zərif cins isə avtomobil aləmində öz yerini tutmaqdadır. 
İndi ən geridəqalmış ölkədə belə, qadınların avtomobil sürməsi təəcüblə qarşılanmır. Müşahidələr göstərir ki, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər. Amma qadınların maşın sürmə tərzi kişilərlə müqayisədə bir qədər fərqlidir. Mütəxəssislər bildirirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq üzündən, özlərinin və avtomobilin imkanlarını qədərindən artıq qiymətləndirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. Qadınlarda isə əksinə qəzaların səbəbi çox vaxt həddən artıq ehtiyatlılıq, xırdaçılıq, öz imkanlarını aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından irəli gəlir. Bəzən qorxu hissi qadını elə situasiyalarda əyləci basmağa məcbur edir ki, həmin vəziyyətlərdə yol qəzasından yayınmaq üçün sürəti artırmaq tələb olunur. Kişilər avtomobillə hərəkət edərkən özlərini qadınlara nisbətən daha aqressiv aparırlar. Qadınlar isə yolda daha səliqəli davranmağa çalışırlar. Tədqiqatlar göstərir ki, qadınlar özlərinin və uşaqlarının həyatına görə məsuliyyət daşıdıqlarını bir an belə unutmur və buna görə də yolda heç vaxt riskə yol verməməyə çalışırlar. Qadın sürücülərin digər özünəməxsus cəhəti onların avtomobili aşağı sürətlə idarə etmələridir. Məsələn, onlar kişi sürücülərin 80-100 km/saat sürətlə şütüdükləri yerlərdə avtomobili 60 km/saat sürətlə idarə edirlər. Statistikaya görə, Azərbaycanda qadın sürücülər xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər.