• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 27.01.2021 11:55

“Keşikçidağ” qoruğuna yeni avtomobil yolu çəkilir

KepezTV Player

Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib. Yol başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür, uzunluğu 32 km təşkil edir. Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq aparılır. İşlərin nəzərdə tutulan müddətdə icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub. Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.