• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2381
— 27.01.2021 12:05

80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

KepezTV Player

80 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Vətən müharibəsində qaza­nılan Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin olunduqdan, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin məlumatına görə. Ermənistan Silahlı Qüvvələrinin İran ilə dövlət sərhəd xətti boyu mina­ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir. Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilib.