Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər paylaşıb. 1993-cü ildə ermənilərin işğalına məruz qalan kənd 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik - kənd adı və Veysəlli etnotoponim komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Yerli əhalinin əsas təsərrüfatı heyvandarlıq olub.
Vətən müharibəsində qazanılan Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin olunduqdan, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin məlumatına görə. Ermənistan Silahlı Qüvvələrinin İran ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir. Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.
- Baxış: 470