• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 27.01.2021 09:19

Ermənilərin basdırdıqları minalar aşkarlandı

KepezTV Player

Yanvarın 25-26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Ağcabədi, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə 9 müraciət daxil olub. Və çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 1 174 ədəd partlamamış hərbi sursat, 38 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina, 1 ədəd bombacıq, 12 889 ədəd müxtəlif çaplı patronlar və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 389 ha ərazi, 291 tikili yoxlanılıb, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib.<br>Agentliyin partlayış qrupu tərəfindən 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirilib. Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən mülki şəxslər arasında maarifləndirmə təbliğatı aparılıb.