• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 27.01.2021 09:25

Ermənistanın əsassız düzəliş istəyi rədd edilib

KepezTV Player

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnaməsi qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilən ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir. Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib. Bundan başqa, Ermənistan heyəti sessiya çərçivəsində diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək saxlanılan şəxslərin qaytarılması mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycanın mövqeyi diqqətə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurum tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.