• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 26.01.2021 20:49

Təhlükəsizlik qaydalarına əməl etmək vacibdir

KepezTV Player

Xırdlandan baş verən hadisə evlərdə və mənzilərdə təhlükəsizlik tədbirlərinə riayət edilməsini, qaz və elektrik enerjisi ilə bağlı daha ehtiyatlı davranmağı vacib edir. Xoşagəlməz hadisələrin yaşanmaması üçün vətəndaşların üzərinə böyük məsuliyyət düşür.

Qaz cihazlarının düzgün quraşdırılmaması, qeyri-standart qaz avadanlıqlarından istifadə, daxili qaz xətlərinin çəkilişi zamanı yol verilən xətalar və qaydalara riayət edilməməsi bədbəxt hadisələrə yol açır. Qaz cihazlarının bəzilərinin uyğunluq sertifkatının olmaması eləcə də qaz sızma təhlükəsi də yaradır. Yola saldığımız il ərzində “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar idarəsinin ərazisində də bu cür hallara rast gəlinib.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Bizim regional qaz istismar tərəfindən 2020-ci ildə yer üstü qaz sızma 16 mindən çox olub və aradn qaldırılıbdır. Hər ay vətəndaşlar tərəfindən təxminən 240-300 arası bu yay aylarında az olur. Mənzillərdə eləcədə qaz sayğaclarının giriş və çıxışında qaz sızması ilə bağlı müraciət olunur. Onlarda yerində araşdırılır.

Şübəhsiz ki, təhlükə mənbələrindən biri də bina və mənzillərdə tüstü bacalardan düzgün istifadə edilməməsi və ya vaxtında təmizlənməməsidir.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Bəzi hallarda bizim işçilər tərəfindən müraciət olunur, vətəndaş fərdi mənzilində çox mərtəbəli binada tüstü bacanı mənzildən çıxarıb hər hansı bir yerdə quraşdırıb ki, bu da yanmaq üçün təhlükədir. Bunlar vaxtaşırı təmizlənməlidir. Bəzi vətəndaşlar buna biganı yanaşır və bu da bədbəxt hadisələr gətirib çıxarır.

Mütəxəsislər bu cür halların baş verməməsi üçün vətəndaşları diqqətli olmağa çağırır. Çünki ən böyük məsuliyyət məhz onların üzərinə düşür.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Qaz cihazlarından istifadə edərkən vətəndaşları diqqətli olmağa çağırırıq. Xüsusi ilə qaz cihazlarını nəzarətsiz qoymamağa çağırırıq. Mənzilləri isitmək üçün qurğuları  kənarda yerləşdirmək daha məqsədə uyğundu. Mənzillərin daxilində qazları yerləşdirərkən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bütün bu kimi hallar bizi qaz təsərrüfatında baş verə biləcək bədbəxt hadisələrdən sğortalandıra bilər.

Xırda bir səhv böyük bir faciəyə gətirib çıxardır, insan ölümünə səbəb olur. Bunun baş verməməsi üçün qaydalara riayət etmək əməl edilməli vacib şərtdir.

Elnur Vahidoğlu